Ana Sayfa > Dünya > İŞİD-ə bağlı təşkilat hərbi maşını havaya uçurdu

İŞİD-ə bağlı təşkilat hərbi maşını havaya uçurdu


20-04-2015, 16:53. Yazar: admin
İŞİD-ə bağlı təşkilat hərbi maşını havaya uçurdu
Misirin Sina vilayətində yerə döşənmiş minaların üstündən keçən hərbi maşın havaya uçub.

Medianews.az-ın məlumatına görə, partlayış nəticəsində 2 əsgər ölüb 6 əsgər isə yaralanıb. Hərbi maşına qarşı həyata keçirilən hücumu İŞİD-ə bağlı “Sina vilayəti” adlı təşkilat boynuna götürüb. Bu barədə təşkilatın Tvitter hesabında açıqlama verilib. Açıqlamada qeyd edilib ki, Sina vilayətinin Refah şəhərində bir hərbi maşın hədəfə alınaraq partladılıb.

Qeyd edək ki, orduya qarşı hücumlar həyata keçirən “Ənsar Beyt əl-makdis” təşkilatı İŞİD-ə qoşulduqdan sonra adını “Sina vilayəti” olaraq dəyişdirib.

Geri dön