Ana Sayfa > Dünya > Lukaşenko neft və qaza alternativ tapdı

Lukaşenko neft və qaza alternativ tapdı


12-06-2020, 16:55. Yazar: admin
Lukaşenko neft və qaza alternativ tapdı

Belarus Prezidenti Aleksandr Lukaşenko məmurların diqqətinə çatdırıb ki, neft və qaz barədə xahişlərə son qoyub, ölkədə taxta yonqarı, odun qırıntıları, torfun imkanlarından geniş istifadə etmək lazımdır.

REN TV xəbər verir ki, Belarus lideri bu barədə təklifini Polotsk şəhərində keçirilən müşavirədə irəli sürüb.

V.Lukaşenko xatırladıb ki, Belarus qurumuş ağac sarıdan qıtlıq yaşamır və ölkə ərazisində taxta məmulatlarından istifadəyə geniş yer verilməlidir.

O, torf və ağac tullantılarından səmərəli istifadə edən regionların başçılarını tərifləyərək, Nazirlər Kabinetinə istehsalçılar arasında rəqabətin təmin edilməsinə yardım etmək barədə göstəriş verib.
Geri dön