Ana Sayfa > Dünya > Ramzan Kadırovdan maraqlı addım: 207 qızın “başlıq” pulunu ödəyir

Ramzan Kadırovdan maraqlı addım: 207 qızın “başlıq” pulunu ödəyir


9-06-2020, 15:16. Yazar: admin
Ramzan Kadırovdan maraqlı addım: 207 qızın “başlıq” pulunu ödəyir

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov çeçen gənclərə sürpriz edib. Belə ki, onun əmri ilə Əhməd Kadırov Fondu nişanlı olub, koronavirus pandemiyasına görə qızın ailəsinə “başlıq” pulu ödəyə bilməyən gənclərə pul ayırıb.

Çeçenistan Müsəlmanları Dini İdarəsinin bununla bağlı yaydığı məlumata görə, hər birinə 50 min rubl (1 243 manat) olmaqla, 207 gəncə yardım ediləcək. Artıq Çeçenistanın bütün rayonlarından olmaqla, gənclərin siyahısı tutulub. Hökumət başçısı bununla gənclərə yerli adətə uyğun toy etmək şəraiti yaratmaq istəyir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Çeçenistanda toyların keçirilməsinə müəyyən məhdudiyyətlər tətbiq olunub: gəlinin arxasınca cəmi 2 maşın gedir, şənliyə yalnız oğlan və qızın ən yaxın qohumları toplaşır.


Geri dön