Ana Sayfa > Dünya > İran XİN ABŞ-la bütün məhkumları dəyişdirməyə hazır olduğunu bildirib Яндекс.Директ
İran XİN ABŞ-la bütün məhkumları dəyişdirməyə hazır olduğunu bildirib Яндекс.Директ8-06-2020, 18:15. Yazar: admin |
İran ABŞ-la bütün məhkumların dəyişdirilməsinə hazırdır. Bu sözləri İran hökumətinin sözçüsü Əli Rəbiyi deyib. Paytaxt Tehranda təşkil edilən mətbuat konfransında məsələ ilə bağlı açıqlamalar verən mətbuat katibi bildirib ki, rəsmi Tehran ABŞ-da həbsdə qalan bütün iranlılar ölkəsinə qayıdana qədər mübadilənin davamını təmənna edir: “Daha əvvəl də dəfələrlə dediyimiz kimi, İran ABŞ-la bütün məhkumların mübadiləsinə hazırdır. Bu mövzuda hər hansı xırda çatışmazlıq ABŞ tərəfinə aiddir”. Rəbiyi qeyd edib ki, ABŞ nüvə sazişinə geri qayıtdıqdan sonra dialoqlar bərpa edilə bilər. Qeyd edək ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif 7 dekabr 2019-cu ildə sanksiyaları pozduğu ittihamı ilə 1 ildən çox ABŞ-da həbsdə qalan iranlı elm adamı Məsud Süleymaninin azadlığa çıxdığını açıqlamışdı. Zərif 2016-cı ildə casusluq ittihamı ilə həbs olunmuş çin əsilli ABŞ vətəndaşı Xiyue Vanqın qısa müddət ərzində ölkəsinə geri qayıdacağını ifadə etmişdi. ABŞ-da nəzarətdə saxlanan zaman koronavirusa yoluxan və daha sonra azadlığa çıxan elm adamı Sirus Əsgəri isə 3 iyunda ölkəsinə geri qayıdıb. Bunun ardınca 683 gün İranda həbsdə qalan sabiq Hərbi Dəniz Qüvvələri əməkdaşı Maykl Uayt da 1 gün sonra azadlığa çıxmışdı. 16 ay ABŞ-da həbsdə qalan iranlı elm adamı Məcid Tahiri Uaytın azadlığa çıxmasından sonra sərbəstliyinə qovuşmuşdu. (Publika.az) Geri dön |