Ana Sayfa > Dünya > Ermənistanda daha bir yüksək vəzifəli şəxs istefa verdi
Ermənistanda daha bir yüksək vəzifəli şəxs istefa verdi8-06-2020, 15:43. Yazar: admin |
Ermənistanın polis rəisi (daxili işlər naziri) Arman Sarkisyan istefa verib. “Report” “Sputnik Armeniya”ya istinadən bildirir ki, o, işdən çıxmaqla bağlı Ermənistan prezidenti Armen Sarkisyana ərizə yazıb. Bildirilib ki, A.Sarkisyan 2018-ci ilin mayında “inqilabdan” sonra Ermənistan polisinin rəisi Valeri Osipyanın birinci müavini təyin edilib. 2019-cu ilin sentyabrında V.Osipyan istefa verdikdən sonra o, polis rəisi səlahiyyətlətinin müvəqqəti olaraq icrasına başlayıb. A.Sarsikyanın 41 yaşı var. O, Ermənistan Daxili İşlər Nazirliyinin Ali məktəbini bitirib. Qeyd edək ki, iyunun 8-də Ermənistan Silahlı Qüvvələri Baş qərargahının rəisi Artak Davtyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan istefa verib. Xatırladaq ki, bir müddət əvvəl Ermənistan KİV-i hökumətdə ciddi dəyişikliklərin olacağı barədə məlumt yaymışdı. Geri dön |