Ana Sayfa > Dünya > Gürcüstanda hotel və restoranların fəaliyyəti bərpa edilib
Gürcüstanda hotel və restoranların fəaliyyəti bərpa edilib8-06-2020, 10:14. Yazar: admin |
Bu gündən Gürcüstanda mehmanxanaların və hər növ restoranların fəaliyyəti bərpa edilir. APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan hökümətinin qərarına əsasən, sözügedən obyektlər bu gündən etibarən xüsusi qaydalar əsasında fəaliyyətlərini bərpa edəcəklər. Qaydalara əsasən, mehmanxanaların fəaliyyətlərini bərpa etmələri üçün Səhiyyə Nazirliyi tərəfindən baxışdan keçməli və müəyyən edilmiş gigiyenik normalara cavab verdiyini göstərən xüsusi sənəd əldə etməlidirlər. Restoranlarda isə masalar arasında məsafə gözlənilməli, hər masa arxasında 6-dan çox müştərinin əyləşməsinə icazə verilməməlidir. Qeyd edək ki, hökümətin daha əvvəlki qərarına əsasən, iyunun 1-də yalnız açıq tipli restoranların fəaliyyətlərini bərpa etməsinə icazə verilmişdi. Qonşu ölkədə daxili turizmin iyunun 15-də bərpa edilməsi planlaşdırılır. Səid Babazadə Geri dön |