Ana Sayfa > Dünya > Moskvada pəncərədən atəş açan şəxs iki nəfəri yaralayıb

Moskvada pəncərədən atəş açan şəxs iki nəfəri yaralayıb


8-06-2020, 00:44. Yazar: admin

Moskvada pəncərədən atəş açan şəxs iki nəfəri yaralayıb
Rusiya paytaxtının Stroiteley küçəsində naməlum şəxs evin pəncərəsindən atəş açıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin paytaxt rəhbərinin mətbuat xidmətindən bildirilib.

“Naməlum şəxs Moskvanın Stroiteley küçəsində evin pəncərəsindən müəyyən edilməmiş odlu silahdan atəş açıb. O hələ saxlanılmayıb”, - məlumatda belə deyilir.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, silahlı şəxs iki nəfəri yaralayıb. Onlardan biri polis əməkdaşıdır. Digər yaralı isə yoldan keçəndir.

İlkin məlumata görə, silahlı şəxs sərxoş vəziyyətdədir.
Geri dön