Ana Sayfa > Dünya > Ermənistanın baş naziri: “Hazırda ölkədə 100 mindən çox koronavirus daşıyıcısı var”

Ermənistanın baş naziri: “Hazırda ölkədə 100 mindən çox koronavirus daşıyıcısı var”


7-06-2020, 14:43. Yazar: admin

Ermənistanın baş naziri: “Hazırda ölkədə 100 mindən çox koronavirus daşıyıcısı var”
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə koronavirus daşıyıcılarının sayı barədə danışıb.

APA bildirir ki, o, bu barədə Facebook səhifəsində yazıb: "Elmi tədqiqatlara görə, hazırda Ermənistanda 100 mindən çox infeksiya daşıyıcısı var".

Qeyd edək ki, N. Paşinyan və ailəsi də COVID-19-a yoluxub və Ermənistanda koronavirusa yoluxanların sayı 13130 nəfərə çatıb.

Son sutkada 766 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb.

İndiyə kimi Ermənistanda 200 nəfər virus səbəbi ilə ölüb.
Geri dön