Ana Sayfa > Dünya > Türkiyədə koronavirusdan daha 21 nəfər ölüb
Türkiyədə koronavirusdan daha 21 nəfər ölüb6-06-2020, 22:15. Yazar: admin |
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 21 nəfər ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 35846 şübhəli koronavirus testindən keçib, onlardan 878-nin cavabı pozitiv çıxıb. Türkiyədə yeni növ koronavirusdan indiyədək 4669 nəfər ölüb, 169218 nəfər bu infeksiyaya yoluxub, 135322 nəfəri isə müalicə olunub. Bu gün 1922 xəstə evə buraxılıb. Geri dön |