Ana Sayfa > Dünya > ABŞ Çin aviaşirkətlərinə qoyduğu qadağanı ləğv etdi
ABŞ Çin aviaşirkətlərinə qoyduğu qadağanı ləğv etdi6-06-2020, 12:39. Yazar: admin |
ABŞ Nəqliyyat Nazirliyi Çin aviaşirkətlərinin ölkə limanlarına uçuşuna qoyulan qadağanı ləğv edib. Qərarın iyunun 16-da qüvvəyə minməsi gözlənilir. Çinin rəsmi qəzeti “Jenmin Jibao” bu barədə məlumat yayıb. Bildirilir ki, Çində koronavirusun yayılmasının azalması hava nəqliyyatı ilə səyahət edən sərnişinlərin sayıni artırıb. Belə ki, ötən cümə günü Çin aviaşirkətləri 11 333 reys həyata keçirib və 1 milyon 36 min sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə reyslərin sayının cəmi 38,5% azalması deməkdir. İyunun 4-də Çin həftədə bir dəfə xarici aviaşirkət uçuşları üçün ölkənin ən böyük şəhərlərindəki bir sıra hava limanlarının açılacağını elan etdikdən sonra ABŞ müvafiq qadağanı ləğv edib. Qeyd edək ki, son zamanlar iki ölkə arasında münasibətlər koronavirus pandemiyası fonunda pisləşib. Geri dön |