Ana Sayfa > Dünya > Etiraz aksiyaları ilə bağlı Vaşinqton ətrafına 1600-ə qədər hərbçi yerləşdirilib

Etiraz aksiyaları ilə bağlı Vaşinqton ətrafına 1600-ə qədər hərbçi yerləşdirilib


3-06-2020, 10:44. Yazar: admin
Etiraz aksiyaları ilə bağlı Vaşinqton ətrafına 1600-ə qədər hərbçi yerləşdirilib

Afroamerikalı Corc Floydun ölümünə görə başlayan etiraz aksiyaları ilə əlaqədar Vaşinqton ətrafına 1600-ə qədər hərbçi yerləşdirilib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon sözçüsü Conatan Hoffman bildirib.

Onun sözlərinə görə, 1600-ə qədər əsgər Vaşinqton yaxınlığındakı hərbi bazalara yerləşdirilib.

“Əsgərlər paytaxt bölgənin hərbi bazalarında yerləşdirilir. Onlar yüksək hazırlıq vəziyyətindədir, ancaq onlar mülki orqanlara kömək etmirlər”, -deyə Pentaqon sözçüsü qeyd edib.

Geri dön