Ana Sayfa > Dünya > Hitlerin doğulduğu evdə polis bölməsi fəaliyyət göstərəcək - FOTO - VİDEO
Hitlerin doğulduğu evdə polis bölməsi fəaliyyət göstərəcək - FOTO - VİDEO3-06-2020, 09:05. Yazar: admin |
Avstriya hakimiyyəti Braunau şəhərində nasist lideri Adolf Hitlerin doğulduğu evdə yenidənqurma üzrə planlarını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə BBC bildirib. Qeyd edilir ki, evdə polis bölməsi fəaliyyət göstərəcək. ![]() Yerli hökumət bu qərarı neonasistlərə binada öz yığıncaqlarını təşkilinə mane olmaq ümidi ilə qəbul edib. Evin fasadını kosmetik təmir gözləyir, bununla yanaşı, binanın dam örtüyü də dəyişəcək. Yenidənqurma işlərinin 2023-cü ilə qədər başa çatacağı gözlənilir. Təmir-bərpa işlərinin 5,6 milyon avroya başa gələcəyi bildirilir. Hitler 1889-cu ilin 20 aprelində bu binanın mənzillərindən birində doğulub, ancaq orada cəmi bir neçə həftə yaşayıb. Buna onun ailəsinin başqa yerə köçməsi səbəb olub. Geri dön |