Ana Sayfa > Dünya > Meksikada COVID-19 diaqnozu ilə ölənlərin sayı 10 mini keçib
Meksikada COVID-19 diaqnozu ilə ölənlərin sayı 10 mini keçib2-06-2020, 08:36. Yazar: admin |
Meksikada koronavirusdan ölənlərin sayı 10 167-yə çatıb, virusa yoluxma hallarının ümumi sayı isə 93 435 nəfər olub. APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Son 24 saatda nazirlik 237 nəfərin COVID-19 virusuna yoluxma nəticəsində öldüyünü laborator üsulla təsdiqləyib. Daha 851 nəfərin ölümü isə şübhəli fakt kimi araşdırılır. Eyni müddət ərzində 2771 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, aktiv xəstələrin sayı 16 303-ə enib. Geri dön |