Ana Sayfa > Dünya > Gürcüstanda komendant saatının tətbiqi dayandırılıb
Gürcüstanda komendant saatının tətbiqi dayandırılıb23-05-2020, 00:18. Yazar: admin |
Gürcüstanda koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən komendant saatı ləğv edilib. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib. Qərara əsasən, mayın 23-dən etibarən bütün ölkə ərazisində komendant saatının tətbiqi dayandırılıb. Qeyd edək ki, “COVID-19” pandemiyası ilə əlaqədar olaraq martın 31-də Gürcüstanda ümumi karantin rejimi elan edilib və 21:00-06:00 radələrində komendant saatının tətbiqinə başlanılıb. Geri dön |