Ana Sayfa > Dünya > ÜST: Dünyada bir gündə koronavirusa 100 min yoluxma qeydə alınıb
ÜST: Dünyada bir gündə koronavirusa 100 min yoluxma qeydə alınıb22-05-2020, 23:52. Yazar: admin |
Dünyada koronavirusa yoluxanların sayı 4,99 milyon nəfəri ötüb. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Təşkilatın məlumatına görə, gün ərzində dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 100 mindən çox artıb. Bu halda koronavirusla bağlı ölüm hallarının sayı 4 mindən çox artaraq 327 mini ötüb. Ayrı-ayrı ölkələrdən alınan rəsmi məlumatlara görə, dünyada 4 993 470 yoluxma və 327 738 ölüm qeydə alınıb. Gün ərzində təhlükəli virusa yoluxmalar 100 284, ölənlərin sayı 4 482 nəfər təşkil edib. Dünyada COVID-19 infeksiyasına yoluxmalar üzrə birinci yerdə Şimali və Cənubi Amerika regionu qərarlaşıb. Bu qitədə təhlükəli virusa 2 220 267 nəfər yoluxub. COVID-19-a bir gün ərzində yoluxma 54 264 nəfər artıb. Son sutkada 2 956 nəfər pandemiyanın qurbanı olub. Bununla da qitədə koronavirusdan ölənlərin sayı 131 605 nəfərə çatıb. Avropada koronavirusa ümumilikdə 1 966 244 nəfər yoluxub və 171 327 insan ölüb. Köhnə qitədə son 24 saatda koronavirusa yoluxanların sayı 19 634 nəfər, ölənlər 1 044 nəfər artıb. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Geri dön |