Ana Sayfa > Dünya > ABŞ-da mənzil satışları son 10 ilin ən böyük azalmasını nümayiş etdirib
ABŞ-da mənzil satışları son 10 ilin ən böyük azalmasını nümayiş etdirib22-05-2020, 10:55. Yazar: admin |
ABŞ-da yaşayış evlərinin satışları apreldə son 10 il ərzində ən böyük azalma nümayiş etdirib. Koronavirus pandemiyası nəticəsində ölkədə artan işsizlik və resessiya mənzil tələbatının azalmasına səbəb olub. “APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, Milli Rieltorlar Assosiasiyası bildirir ki, ABŞ-da mənzillərin təkrar bazarında satışlar 17,8% azalaraq, 4,33 mln. mənzilə çatıb. Faiz azalması 2010-cu ilin iyulundan bəri ən böyük azalma kimi qeydə alınıb. Mütəxəssislər apreldə hazır evlərin satışlarını 18,9% azalmasını proqnozlaşdırırdı. ABŞ-da yaşayış evlərinin satışının təxminən 90%-ni təşkil edən təkrar mənzillərin satışları aprel ayında illik ifadədə 17,2% azalıb. Geri dön |