Ana Sayfa > Dünya > Bolqarıstan Avropa İttifaqı vətəndaşları üçün sərhədlərini açdı
Bolqarıstan Avropa İttifaqı vətəndaşları üçün sərhədlərini açdı22-05-2020, 09:19. Yazar: admin |
Bolqarıstan hökuməti 22 may tarixindən etibarən Avropa Birliyi ölkələri və Şengen bölgəsinin vətəndaşları üçün sərhədlərini açıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Dni” portalı ölkənin səhiyyə naziri Kiril Ananievanın əmrinə istinadən məlumat yayıb. Bolqarıstan hökuməti mart ayının ortalarında koronavirusun yayılması səbəbiylə sərhədlərini bağlamışdı. Xarici ölkələrdən gələn bütün şəxslərin 14 gün müddətinə karantində qalması tələb olunurdu. Odur ki, iki həftəlik karantində qalmaq istəyən şəxslər ölkəyə daxil ola bilərlər. Lakin ölkədə qalma müddəti yeddi gündən çox deyilsə, ümumiyyətlə karantində qalmaq tələb edilməyəcək. Portal qeyd edir ki, söhbət qısa müddətli olmasına baxmayaraq beynəlxalq turizmin bərpa olunmasından gedir. Geri dön |