Ana Sayfa > Dünya > İran XİN ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib
İran XİN ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib21-05-2020, 13:30. Yazar: admin |
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib. APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN-in sözçüsü Abbas Musəvi deyib ki, ABŞ-ın sanksiyaları beynəlxalq hüquqa ziddir. “ABŞ-ın yeni sanksiyaları bundan əvvəlki sanksiyaların uğursuzluğa düçar olduğunu göstərir. İrana qarşı nəticəsiz, təkrar və kortəbii sanksiyalar göstərir ki, ABŞ nə edəcəyini bilmir”, - deyə XİN rəsmisi vurğulayıb. Geri dön |