Ana Sayfa > Dünya > ABŞ-ın neft ehtiyatları azalıb - RƏSMİ
ABŞ-ın neft ehtiyatları azalıb - RƏSMİ21-05-2020, 09:50. Yazar: admin |
Ötən həftənin yekunlarına görə (11-15 may), ABŞ-ın kommersiya neft ehtiyatları 4,98 mln. barel azalaraq 526,8 mln. barel təşkil edib. "APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir. Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1,15 mln. barelə yaxın artacağını proqnozlaşdırırdı. Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. Geri dön |