Ana Sayfa > Dünya > Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə 54 nəfər koronavirusa yoluxub
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə 54 nəfər koronavirusa yoluxub20-05-2020, 10:07. Yazar: admin |
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Muşevani (Dəllər) kəndində 54 nəfər koronavirusa yoluxub. APA-nın yerli bürosu Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, son sutka ərzində kənd sakinlərindən daha dördündə virusa yoluxma təsdiqlənib. Qeyd edək ki, aprelin 25-dən etibarən kənddə sərt karantin rejimi qüvvədədir. Bolnisi rayonunda virusa yoluxma hallarının sayının 160-a çatdığı bildirilib. Qeyd olunub ki, yoluxanlardan 66 nəfər sağalıb, üç nəfər isə vəfat edib. Geri dön |