Ana Sayfa > Dünya > Tramp Nümayəndələr Palatası spikerinin başında problem olduğunu deyib
Tramp Nümayəndələr Palatası spikerinin başında problem olduğunu deyib20-05-2020, 01:33. Yazar: admin |
ABŞ prezidenti Donald Tramp respublikaçılarla görüşündə rəqibi, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə mübahisə edib. "Report" TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bundan əvvəl onun artıq çəkidən əziyyət çəkdiyini bəyan edən Pelosinin başında problem olduğunu deyib. "Prezidentə qarşı sui-istifadə heç kimə qarşı olmayıb. Demokratlar və şərəfsiz Federal Təhqiqat Bürosunun əməkdaşları nə edib. Federal Təhqiqat Bürosunun əməkdaşları - əla insanlardır, onlar Donald Trampı sevirlər, amma büronun rəhbərliyi satqın və pis adamlardır", - ABŞ prezidenti qeyd edib. Tramp iddia edib ki, "Rusiya işi" - quraşdırılmış, hazırlanmış məsələdir. Geri dön |