Ana Sayfa > Dünya > Ukraynanın Kremenets şəhərinə giriş-çıxış bağlanıb

Ukraynanın Kremenets şəhərinə giriş-çıxış bağlanıb


20-05-2020, 01:24. Yazar: admin
Ukraynanın Kremenets şəhərinə giriş-çıxış bağlanıb

Ukraynanın Ternopol vilayətinin Kremenets şəhərinə giriş-çıxış artan koronavirusa yoluxma hallarına görə bağlanıb.

"Report"un "İnterfaks Ukraina"ya istinadən verdiyi xəbərə görə, şəhərin girişlərində iki polis postu qurulub. Onlar yerli vaxtla saat 07:00-dan 22:00-a kimi növbətçilik çəkəcəklər.

Şəhərə ancaq Kremenets ərazisində qeydiyyatda olan, yaşayan və ya işləyən sürücülərin, həmçinin xüsusi nəqliyyat vasitələrinin daxil olmasına icazə veriləcək. Digər nəqliyyat vasitələri Kremenetsə buraxılmayacaq.

Şəhərin özündə karantin rejiminə riayət edilməsini yoxlamaq üçün avtopatrullar fəaliyyətə başlayacaq. Sakinlərdən ictimai yerləri ehtiyac olmadan ziyarət etməmələri xahiş olunub.

Daha əvvəl məlum olub ki, Ukraynanın İvano-Frankovsk vilayətində koronavirusa xeyli sayda yeni yoluxma aşkar edilib. Son məlumatlara görə, Ukraynada COVID-19-a 18 876 yoluxma qeydə alınıb.
Geri dön