Ana Sayfa > Dünya > Britaniyada koronavirus qurbanlarının sayı 35 mini ötdü

Britaniyada koronavirus qurbanlarının sayı 35 mini ötdü


19-05-2020, 21:53. Yazar: admin
Britaniyada koronavirus qurbanlarının sayı 35 mini ötdü

Son bir gün ərzində Böyük Britaniyada koronavirusdan daha 545 nəfər ölüb.

“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Qeyd edilir ki, bununla da pandemiya qurbanlarının sayı 35 341 nəfərə çatıb. Eyni zamanda COVID-19-a daha 2 412 yoluxma qeydə alınıb. Beləliklə, Britaniyada koronavirusa yoluxanların sayı 248 818 nəfər təşkil edir.

Xatırladaq ki, ölkədə bir gün əvvəl xəstəlikdən ölənlərin sayı 160 nəfər təşkil edib, virusa 2 684 yeni yoluxma qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,9 milyonu ötüb. Bunların 1,9 milyon nəfərdən çoxu sağalıb, 320 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Geri dön