Ana Sayfa > Dünya > Gürcüstanda koronavirusdan sağalan şəxs yenidən yoluxdu
Gürcüstanda koronavirusdan sağalan şəxs yenidən yoluxdu19-05-2020, 19:30. Yazar: admin |
Gürcüstanda koronavirusdan sağalan şəxsin yenidən yoluxması ilə bağlı ilk fakt qeydə alınıb. “Report”un yerli bürosu xəbər verir ki, Saçxere rayonunda COVID-19-dan müalicə olunaraq sağalan pasiyentdə koronavirus təsdiqlənib. Həmin şəxs bir neçə həftə öncə xəstəlikdən sağalıb və özünütəcriddə olub. Bu yaxınlarda gənc kişidə yenidən simptomlar yaranıb. Laborator araşdırma zamanı ona təkrarən koronavirus diaqnozu qoyulub. Qeyd edək ki, indiyədək qonşu ölkədə COVID-19-a 702 nəfər yoluxub. Onların 456-sı sağalıb, 12-si isə dünyasını dəyişib. Geri dön |