Ana Sayfa > Dünya > İranın qayaya dırmanma çempionu Şuşa qayalarında ermənilər üçün cığır açdı…
İranın qayaya dırmanma çempionu Şuşa qayalarında ermənilər üçün cığır açdı…5-09-2019, 05:51. Yazar: admin |
Iranın qayaya dırmanma üzrə milli komandasının baş məşqçisi Mehdi Çandehkar Azərbaycanın işğal altındakı Şuşa şəhəri ətrafındakı qayalarda iki dırmanma cığırı salıb. Moderator.az xəbər verir ki, separatçı nəşrlərin yaydığı məlumata görə, iranlı idmançı açdığı qırmızı rəngli cığırı ““Artsax”ın sərhədi”, yaşıl rənglini isə “qələbə” adlandırıb. O, erməni gənclərə qayaya dırmanma üzrə dərs keçib, onlara dırmanmanın texnikalarını anladıb, qayaoyma işinin incəliklərini başa salıb. 23 illik təcrübəyə malik M.Çandehkar qayaya dırmanma üzrə İran və dünya çempionudur. P.S. İran İslam(!) Respublikası hökumətinin və həmin qonşu(!) ölkənin Azərbaycandakı səfirliyinin iranlı idmançının işğal altındakı torpaqlarımızdakı fəaliyyətindən və separatçılara dəstəyindən qətiyyən xəbəri yoxdur, yoxsa.. Geri dön |