Ana Sayfa > Dünya > Ceyms Kukun abidəsi təhqir olundu

Ceyms Kukun abidəsi təhqir olundu


25-01-2018, 05:43. Yazar: admin
Ceyms Kukun abidəsi təhqir olundu
Avstraliyanın şərq sahillərini kəşf edən Ceyms Kukun Melburndakı abidəsinə çəhrayı boya atılıb.

Vertikal.Az Azərtac-a istinadən xəbər verir ki, 1914-cü ildə “Сatani Gardens” bağında ucaldılan abidənin aşağı hissəsində naməlum şəxslər tərəfindən qırmızı hərflərlə “Fəxr etmirik” sözləri də yazılıb.

Bundan əlavə, Melburndakı Avstraliya qitəsini cənubdan şimala ilk dəfə keçən Robert Berk və Uilyam Uillisin abidəsi də təhqirə məruz qalıb. Həmin abidəyə isə yaşıl boya atılıb.

Hazırda bu ölkədə Avstraliya Gününün yanvarın 26-dan başqa tarixə keçirilməsi ilə əlaqədar qızğın mübahisələr gedir. Həmin gün ilk dəfə 1788-ci ildə Britaniya donanması Sidney buxtasına yan alıb. Qəzetin yazdığına görə, avstraliyalıların əksəriyyəti həmin günü “işğal günü” adlandırır.

Geri dön