Ana Sayfa > Dünya > Trampa ən yaxın general Maykl Flayn istefaya getdi - səbəb Rusiya...

Trampa ən yaxın general Maykl Flayn istefaya getdi - səbəb Rusiya...


14-02-2017, 08:26. Yazar: admin
Trampa ən yaxın general Maykl Flayn istefaya getdi - səbəb Rusiya...
Donald Trampın təhlükəsizlik və kəşfiyyat üzrə baş məsləhətçisi general-leytenant Maykl Flayn istefa verib.

Musavat.com bu barədə dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, Flaynın istefa verməsinə səbəb Rusiyanın Vaşinqtonda olan səfiri Sergey Kislyak ilə etdiyi telefon danışığından sonra ortaya çıxan iddialar olub.

Bildirilir ki, Flaynın Kislyakla söhbəti barədə xəbərlər mediada yer alandan sonra o, bu xəbəri təkzib edib, səfirlə hüzr məsələsi ilə bağlı söhbətləşdiyini deyib. Ancaq sonradan onun Rusiya səfiri ilə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı danışdığı bəlli olb.

Qeyd edək k, Flaynin yerinə təqaüddə olan ordu generalı Keys Kelloq təyin edilib. O Trampın seçki kampaniyasındafəal iştirak etmiş şəxsdir.

Geri dön