Ana Sayfa > Dünya > Ankaranın Mosul planı

Ankaranın Mosul planı


18-10-2016, 07:57. Yazar: admin
Ankaranın Mosul planı
İŞİD terror təşkilatını Mosundan çıxarmağı hədəfləyən və aylardır danışılan əməliyyat artıq başlayıb

Əməliyyatı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi İraq ordusu və İraq kürd regional rəhbərliyinin tabeliyindəki peşmərgə qüvvələri təşkil edir.

Türkiyə isə həm əməliyyat əsnasında, həm də Mosul azad edildikdən sonrakı danışıqlarda yer almaqda qərarlıdır. İraq hökumətinin açıqlamalarından sonra bütün bunların necə baş tutacağı və Türkiyənin “yol xəritəsi” gündəmin əsas mövzularındandır. Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar Mosulun azad edilmə əməliyyatından əvvəl koalisiya qüvvələrinin iclasında iştirak etmək üçün ABŞ-a səfər edib. Akar ABŞ-da keçirtdiyi görüşlər zamanı həm “Fərat Qalxanı” əməliyyatının uğur və hədəflərindən söz açıb, həm də Türkiyənin Mosul əməliyyatına qatılmamasının yaradacağı fəsadlardan bəhs edib.

Qeyd edək ki, mühüm görüşlər geçirən Hulusi Akar ötən gün ABŞ-ın Baş Qərargah rəisi Jozef Dunfordla bir araya gəlib. Görüş əsnasında Ankara bir tərəfdən əməliyyatın zamanlamasına diqqət çəkib, digər tərəfdən isə Mosulun dörd tərəfini mühasirəyə alan İraq ordusunun bir korikoru açıq saxlamasına.

Bu xətt qaçmaq istəyən İŞİD-çilər üçün saxlanılıb. Beləliklə Mosulda zəif düşmüş terror təşkilatı şəhəri təhlükəsiz tərk edəcək. Ancaq qacan İŞİD-çilər Əl Bab və Rəqqaya sığınacaq ki, Azad Suriya Ordusu da bu ərazilərə yönəldilir və Ankara əməliyyatın zamanlamasının yanlış olduğu düşüncəsindədir.

Türkiyə İŞİD-in Dabıkdan çıxarılmasından dərhal sonra Mosula hava və top zərbələrinin başladılmasının, səhəri gün Mosula girilməsinin normal şərtlərə uyğun olmadığını ifadə edir və bunun bir səbəbinin də Suriyada Türkiyənin təsirinin azaldılmasına hesablandığının altını qaralayır.

Ankaraya görə, Mosul əməliyyatı uzun sürməyəcək və bu əməliyyatın məqsədinin İŞİD-i qovmaq və ya Mosulun bölüşdürülməsi olduğu da şübhəlidir.

Geri dön