Ana Sayfa > Dünya > İran 2 milyarda görə məhkəməyə gedir
İran 2 milyarda görə məhkəməyə gedir11-05-2016, 09:43. Yazar: admin |
İran Prezidenti Hassan Rohani deyir ki, Tehran Birləşmiş Ştatları Beynəlxalq Ədalət Məhkəməsinə verməyə hazırlaşır. ABŞ Ali Məhkəməsi İranın dondurulmuş sərvətindən 2 milyard dolların terror hücumlarının amerikalı qurbanlarına verilməsilə bağlı qərar çıxarıb. “Yaxın gələcəkdə bu işi Haaqa məhkəməsinə verəcəyik”, Rohani mayın 10-da televiziya çıxışında deyib. “Birləşmiş Ştatların bu pulu asanlıqla həzm etməsinə icazə verməyəcəyik”. ABŞ məhkəməsi aprelin 20-də qərar çıxarıb ki, İran dondurulmuş bank hesablarından 2 milyard dollara yaxın vəsaiti Tehranın təşkilatçılıqda ittiham olunduğu terror hücumları qurbanlarının yaxınlarına ödəməlidir. 1983-cü ildə Beyrutda, 1996-cı ildə Səudiyyə Ərəbistanında öldürülmüş amerikalıların minədək qohumu bu qərardan faydalana biləcək. Geri dön |