Ana Sayfa > Dünya > Bin Ladenin oğlundan çağırış

Bin Ladenin oğlundan çağırış


10-05-2016, 10:19. Yazar: admin
Bin Ladenin oğlundan çağırış
Al-Qaeda yaradıcısı Osama bin Laden-in oğlu silahlılara audio mesaj ünvanlayıb. O, yaraqlıları Suriyaya getməyə və Fələstini tamamilə azad etməkdən ötrü birləşməyə çağırır.

“Bölücülükdə təkid edənləri daha bağışlamaq olmaz, çünki indi bütün dünya müsəlmanlara qarşı birləşib”, 23 yaşlı Hamza mayın 9-da internetdə yayılmış mesajda deyir.

Osama bin Laden Hamza-nı Al-Qaeda liderliyinə hazırlayırdı. Özü 2011-ci ildə öldürüldü.

Hamza-dan öncə Al-Qaeda lideri Ayman al-Zawahiri Suriyadakı silahlıları birləşməyə çağırıb. Ancaq o, rəqib İslam Dövləti qruplaşmasını rədd edir.

Al-Qaeda-nın qanadı olan Al-Nusra Cəbhəsi İD-nin rəqibidir. İD də Al-Qaeda-nın törəməsidir. Rəhbəri Abu Bakr al-Baghdadi 2014-cü ildə İraq və Suriyada tutduqları ərazilərdə xilafət elan edib.

Geri dön