Ana Sayfa > Dünya > Fətullah Gülənin 88 adamı həbs edildi

Fətullah Gülənin 88 adamı həbs edildi


18-04-2016, 10:14. Yazar: admin
Fətullah Gülənin 88 adamı həbs edildi
İstanbulun 9 rayonunda keçirilən Paralel Dövlət Quruculuğu (PDY) iddialarına qarşı əməliyyatda həbs edilənlər var.

FaktXəbər-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, PDY-yə yardım etdiyi üçün Anadolu Respublika Prokurorluğuna 2004-2015-ci illəri arasında təxminən 50 milyon lirə maliyyə dəstəyi verilməsinə yönəlik aparılan istintaq çərçivəsində aralarında Bank Asiya əməkdaşları, PDY rəhbərləri, iş adamları və bəzi vətəndaşların da olduğu 140 nəfər haqqında həbs qərarı çıxarılıb.

Qərar çərçivəsində İstanbul Polis İdarəsinin briqadaları 9 rayonda aparılan əməliyyatda "terror təşkilatına üzv olmaq" və "Terrorizmin Maliyyələşdirilməsinə Dair Qanununa müxalifət" iddiası ilə 88 nəfəri həbs edib.

Qeyd edək ki, "Paralel Dövlət"in hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan nurçuların lideri Fətullah Gülən tərəfindən idarə edildiyi bildirilir.

Geri dön