Ana Sayfa > Dünya > Pxenyana yeni sanksiyalar qoyulur

Pxenyana yeni sanksiyalar qoyulur


17-03-2016, 09:36. Yazar: admin
Pxenyana yeni sanksiyalar qoyulur
ABŞ Maliyyə Departamenti Şimali Koreyaya qarşı yeni iqtisadi sanksiyaları açıqlayıb. Məqsəd Pxenyanı son nüvə və raket sınaqlarına görə cəzalandırmaqdır.

Ağ Evin sözçüsü Josh Earnest martın 16-da jurnalistlərə deyib ki, sanksiyalar birtərəflidir, BMT Təhlükəsizlik Şurasının sınaqları pisləyən son qətnaməsindən sonra qoyulub.

Şimali Koreya ötən ay ballistik raket buraxmaqla BMT qətnamələrinə meydan oxuyub. Pxenyan yanvarda hidrogen bombası sınaqdan keçirdiyini deyirdi.

Vaşinqton və digər ölkələr əvvəllər də Şimali Koreyanın silah proqramını məhdudlaşdırmaq məqsədilə sanksiyalar qoyublar, ancaq Pxenyan geri çəkilməyib.

Geri dön