Ana Sayfa > Dünya > “Zaman” Ərdoğanın fotosu ilə dərc edildi
“Zaman” Ərdoğanın fotosu ilə dərc edildi7-03-2016, 09:16. Yazar: admin |
Bazar günü, martın 6-da Türkiyənin “Zaman” qəzeti hökumətyönlü məqalələrlə çapdan çıxıb. Bu, qəzetin hökumət qüvvələri tərəfindən tutulmasından sonra ilk buraxılışı idi. Vertikal.az azadliq.org-a istinadən xəbər verir ki, qəzetin ilk səhifəsində prezident Rəcəb Tayyib Ərdoğanın şəkli və onun barəsində iki məqalə yer alıb. Martın 4-də polis qəzetin ofisini zəbt edib. Belə ki, məhkəmə qəzetin inzibatçılar tərəfindən idarə olunması barədə qərar çıxarıb. “Zaman” Ərdoğanın düşməni sayılan, ABŞ-da yaşayan ilahiyyatçı Fəthullah Gulənlə əlaqələndirilir. Polis Gulən hərəkatına qarşı terrorçuluq ittihamlarını araşdırır, qəzetlə bağlı məhkəmə qərarı da prokurorun xahişilə çıxarılıb. Martın 5-də İstanbulda 500-də nümayişçi qəzetin zəbtinə etiraz aksiyası keçirib, polis onları gözyaşardıcı qaz, su şırnağıyla dağıdıb. Geri dön |