Ana Sayfa > Dünya > Ukrayna millətçiləri yürüş keçirib

Ukrayna millətçiləri yürüş keçirib


22-02-2016, 09:44. Yazar: admin
Ukrayna millətçiləri yürüş keçirib
Ukrayna paytaxtı Kyevdə minədək millətçi hökumətin istefası tələbiylə yürüş keçirib.

Onlar fevralın 21-də Müstəqillik Meydanında altı çadır qurub, bütün gecəni burada qalacaqlarını bildiriblər.

Fevralın 20-də isə millətçilər Kiyevdə iki Rusiya bankının ofislərinin pəncərələrini sındırıb, mebelləri, digər avadanlığı qarət edib.

Hadisəyə müdaxilə etməyən polis cinayət işi açıldığını bildirib.

Bu arada minlərlə ukraynalı Maydan hərəkatının ikinci ildönümünü qeyd edib. Həmin hərəkat rusiyapərəsət prezident Viktor Yanukovych-in devrilməsilə nəticələnib.

Son bir neçə həftə ərzində Ukraynada siyasi gərginlik yüksəlib. Fevralın 16-da Baş nazir Arseniy Yatsenyuk etimad səsverməsini qazanıb. Prezident Petro Poroshenko onu istefa verməyə çağırmışdı.

Geri dön