Ana Sayfa > Dünya > Merkel Ankaraya gedir
Merkel Ankaraya gedir8-02-2016, 11:18. Yazar: admin |
Fevralın 8-də on minlərlə suriyalı qaçqın Türkiyə ilə sərhəddə qalıb. Onlar Rusiyanın köməyi ilə Hələbə hökumət qüvvələrinin hücumu nəticəsində evlərindən didərgin düşüblər. Türkiyə qadınlar, uşaqların da olduğu qaçqın kütləsinə kömək edəcəyini bildirib, ancaq hələlik sərhədini açmayıb. Yardım agentlikləri “ümidsiz” duruma düşdüklərini deyirlər. Fevralın 8-də Almaniya kansleri Angela Merkel Ankarada Türkiyə Prezidenti Recep Tayyip Erdogan və Baş nazir Ahmet Davutoglu ilə görüşəcək. Avropa Birliyi bildirir ki, Ankara sərhədlərini qaçqınlara açmalıdır, ancaq eyni zamanda Türkiyəyə təzyiq göstərir ki, Qərbi Avropaya qaçqın axınını önləsin. AB-yə gedənlərin çoxu Türkiyədən keçir. Brüssel Türkiyəyə 3 milyard avro (3.3 milyard dollar) yardım boyun olub, ancaq əvəzində Ankara AB-yə yeni gələnlərin qarşısını kəsməlidir. Geri dön |