Ana Sayfa > Dünya > "Fevralın 15-dən bu yana 64 Ukrayna əsgəri ölüb"

"Fevralın 15-dən bu yana 64 Ukrayna əsgəri ölüb"


10-03-2015, 15:18. Yazar: admin
"Fevralın 15-dən bu yana 64 Ukrayna əsgəri ölüb"
Ukrayna rəsmiləri rusiyapərəst separatçıları atəşkəs rejimini pozmaqda günahlandırırlar.

Ukrayna ordusunun sözçüsü Vladyslav Seleznyovun sözlərinə görə separatçılar Mariupol şəhərinin ətrafı da daxil olmaqla Ukrayna ordusunun Donetsk və Luqansk vilayətlərindəki mövqelərini atəşə tutublar.

Rəsmilərin sözlərinə görə separatçılar martın 9-u axşam saatlarında Mariupol yaxınlığındakı Şirokine kəndinə hücumda minaatanlar və tanklardan istifadə ediblər.

Amma hücumun qarşısı alınıb.

Həmçinin separatçıların hərbi liderlərindən biri Eduard Basurin jurnalistlərə Ukrayna ordusunun atəşkəs rejimini pozduğunu deyib.

Ukrayna prezidenti Petro Poroshenkonun sözlərinə görə, Minsk razılaşmasının fevralın 15-də qüvvəyə minməsindən bu yana 64 Ukrayna əsgəri ölüb.

Geri dön