Ana Sayfa > Dünya > Yəməndə generalın evi qarşısında terrorun qurbanlarının sayı artıb

Yəməndə generalın evi qarşısında terrorun qurbanlarının sayı artıb


18-01-2016, 10:25. Yazar: admin
Yəməndə generalın evi qarşısında terrorun qurbanlarının sayı artıb
FaktXəbər-in verdiyi məlumata görə, Yəmənin Ədən şəhərində İctimai Təhlükəsizlik Xidmətinin rəisi general Şəlalə Əli Şainin evinin qarşısında baş verən partlayışda qurbanların sayı 10-a çatıb.

Hüquqmühafizə orqanlarından bildirilir ki, qurbanlardan 2 nəfəri təhlükəsizlik xidmətinin rəhbərinin mühafizəçilərindən olub, qalanları isə dinc sakinlər imiş.

«İntiharçının idarə etdiyi avtomobil general Şəlalə Şainin evinin raşısından keçərkən partlayıb. Həmin vaxt yaxınlıqda bir neçə avtomobil hərəkət edirdi», - deyə qaynaq bildirib və əlavə edib ki, nəticədə Yəmən vətəndaşlarına aid 7 avtomobil zərər görüb və yanıb.
Hələ ki, heç bir terror qşurplaşması cinayətdə məsuliyyəti öz üzərinə götürməyib.

Geri dön