Ana Sayfa > Dünya > Ərəbistan İrana şərtlərini açıqlayıb
Ərəbistan İrana şərtlərini açıqlayıb5-01-2016, 09:22. Yazar: admin |
Səudiyyə Ərəbistanı İranladiplomatik münasibətlərin bərpa olunması şərtlərini açıqlayıb. Hafta.az xəbər verir ki, Səudiyyə Ərəbistanının BMT yanında daimi nümayəndəsi Abdulla əl-Müəllimi hesab edir münasibətlər yalnız İranın krallığın və həmçinin ölkələrin daxili işlərini qarışmayacağı təqdirdə normallaşa biləcəyini söyləyib. Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib. Nazir bildirib ki, iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib. ANSPRESS-in məlumatına görə, dekabrın 3-də İranda etirazçılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar. Hücumdan sonra polis 40 nəfəri saxlayıb. Nimr ən-Nimr 2012-ci il, iyulun 8-də ölkədə qarşıdurmaların yaradılması və qanunsuz etiraz aksiyalarının keçirilməsində ittiham edilərək həbs olunub. Məhkəmə onun edam edilməsi barədə qərarı 2014-cü ilin oktyabr ayında verib. İran - Səudiyyə Ərəbistanının regiondakı əsas rəqibi - qərara dərhal sərt reaksiya vermişdi. Yəmən və Suriyada gərginlik yarandığı gündən bir-birinə qarşı olan Səudiyyə Ərəbistanı və İran arasında yaşanan son diplomatik böhranın Yaxın Şərq regionunda məzhəblərarası gərginliyi daha da dərinləşdirəcəyindən ehtiyat edilir. Geri dön |