Ana Sayfa > Dünya > Moskva Ankaranı qəzəbləndirdi
Moskva Ankaranı qəzəbləndirdi25-12-2015, 09:36. Yazar: admin |
Rusiyanın Xarici işlər naziri Sergei Lavrovun Moskvada kürd partiyasının lideri ilə görüşü Ankaranı qəzəbləndirib. Xalq Demokratik Partiyasının rəhbəri Selahattin Demirtas Moskvaya qoşularaq Türkiyənin Rusiya təyyarəsini vurmasını tənqid edib. Dekabrın 24-də keçirilən görüşün kürd silahlılara qarşı qanlı müharibə aparan Türkiyəni özündən çıxarmaq məqsədi güddüyü görünür. Lavrov Türkiyə kürdlərini İslam Dövlət qruplaşmasına qarşı potensial müttəfiqlər adlandırıb və Demirtas-a deyib ki, Rusiya onlarla sıx əməkdaşlığa hazırdır Reuters-in məlumatına görə, Ankara bu görüşü “xəyanət” adlandırıb. Türkiyənin Baş naziri Ahmet Davutoglu deyib ki, kürd liderinin təyyarə məsələsində Moskvanı dəstəkləməsi “tamamilə biabırçılıq və xəyanətdir”. “Suriyada dinc sakinləri öldürən Rusiyanı dəstəkləmək təkcə bu ölkəyə deyil, bütün bəşəriyyətə xəyanətdir”, Davutoglu türk biznesmenlərlə görüşündə deyib. Geri dön |