Ana Sayfa > Dünya > Putin Türkiyəyə qarşı sanksiyaları artırır

Putin Türkiyəyə qarşı sanksiyaları artırır


16-12-2015, 09:38. Yazar: admin
Putin Türkiyəyə qarşı sanksiyaları artırır
Rusiya Türkiyəyə qarşı sanksiyaları genişləndirməyi planlaşdırır.

AzVision.az məlumatına görə, bu barədə Rusiyanın `Komersant` qəzeti hökumətdəki mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, bu sanksiyalardan sonra Türkiyədən Rusiyaya iş və xidmətlərin idxalı tamamilə məhdudlaşdırılacaq.

Yeni sanksiyalar paketini baş nazir Dmitri Medvedyevin tapşırığı ilə ölkənin İqtisadi İnkişaf Nazirliyi hazırlayaraq hökumətə təqdim edib.

`Kommersant`ın məlumatına görə, sanksiyalar Rusiya hüquqi şəxslərinə Türkiyə şirkətləri ilə müqavilələr bağlamağı qadağan edir. Yeni paket qəbul olunacağı təqdirdə, Türkiyədən tikinti, otel xidmətlərinin idxalı, həmçinin Türkiyədə ağac emalı və Rusiya aviaşirkətlərinin mülki personalının təhsili qadağan olunacaq.

Geri dön