Ana Sayfa > Dünya > NATO: “Rusiya ilə heç bir mübadilə olmayacaq”
NATO: “Rusiya ilə heç bir mübadilə olmayacaq”7-12-2015, 10:14. Yazar: admin |
Rusiya ilə Suriya və Ukrayna məsələsində heç bir qarşılıqlı mübadilə olmayacaq. Axar.az xəbər verir ki, bunu İtaliyanın “La Repablika” qəzetinə müsahibəsində NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib. Onun sözlərinə görə, NATO Ukrayna məsələsində ayıq olmalıdır: “Ölkələrin sərhədlərinə və suverenliyinə hörmət bizim əsas amalımızdır. Biz həmçinin Suriya məsələsində həll yolu tapmaq üçün bütün imkanlarımızı səfərbər etməliyik. NATO heç vaxt Rusiyanı tədric etməklə bağlı siyasət yürütməyib”. Geri dön |