Ana Sayfa > Dünya > ABŞ-dan reaksiya: Rusiya təyyarəsi Suriyada vurulub

ABŞ-dan reaksiya: Rusiya təyyarəsi Suriyada vurulub


25-11-2015, 11:32. Yazar: admin
ABŞ-dan reaksiya: Rusiya təyyarəsi Suriyada vurulub
Amerika Birləşmiş Ştatları hesab edir ki, Rusiyaya məxsus “Su-24” tipli qırıcı təyyarə qısa müddətdə Türkiyə hava məkanına daxil olduqdan sonra Suriya üzərində vurulub.

AzVision.az xəbər verir ki, bu barədə “Reuters” Vaşinqtondakı mənbəyə istinadən xəbər verir.

ABŞ prezidenti Barak Obama Türkiyənin Suriya sərhədində Rusiyaya məxsus təyyarəni vurması ilə başlayan diplomatik qalmaqala münasibət bildirib ki, Türkiyənin öz torpaqlarını və hava məkanını qorumağa haqqı var.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə bu gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb.

Geri dön