ABŞ Rusiyanın dostlarının sayını necə artırır...
Tarix: 24-04-2021, 11:38 | Çap et
ABŞ Rusiyanın dostlarının sayını necə artırır...
“Bizə günah hissini aşılamaq istəyirlər, amma biz buna qəti imkan verməməliyik”- bəli, vaxtilə Rusiya prezidenti Vladimir Putin belə bəyanatlarla çox çıxış edirdi. Təsadüfi deyil ki, onun Federal Məclisə son müraciətində də eyni notlar və eyni məntiq hökm sürürdü – guya ki, bunlar mələkdir, amma nədənsə qeyri dövlətlər və xalqlar onları sevmir.

Biz demək olar ki, hər bir yazıda müasir beynəlxalq siyasətin incəliklərini qeyd etməyə çalışırıq. Əlbəttə, yüz illər ərzində burada da xeyli dəyişikliklər baş verib. Amma demək ki, tamam qayda-qanun və hormoniya hökm sürür, - əlbəttə, bu, çox qeyri-korrekt yanaşma olardı.

Əgər inkişaf etmiş demokratik dövlətlər daxili siyasətdə hər şeydən öncə hüququ və ədaləti qoymağa çalışırlarsa, bunu xarici siyasət haqqında demək olmur, ona görə ki, burada hər şeyin başında maraqlar və yenə də maraqlar dayanır.

Heç sözsüz, burada da müəyyən fərqlər var. Məsələn, “Bizim əbədi dostlarımız yoxdur” deyən ingilislərdən fərqli olaraq rusların müvəqqəti dostları da yoxdu, çünki Rusiyanın həmişə düşmənləri və nökərləri olub.

Güman etmək olardı ki, ötən yüz illər ərzində digər xalqlar və ölkələr Rusiya siyasətinin incəliklırini gözəl anlayacaqlar. Amma təəssüf ki, siyasətdə bəzən ən pislə pis arasında seçim etmək lazım gəlir. Üstəlik, dostları da heç də həmişə xalqların özləri seçmirlər, onların əvəzində bunu onların liderləri edir.
Sonuncular isə daim daxili, şəxsi motivlərdən çıxış edir. Məsələn, Mərkəzi Asiyada məhz belə vəziyyət hökm sürür. Avropa kimi siyasi və iqtisadi mərkəzdən uzaqlıq, yerli ağaların şəxsi motivləri – güman ki, bu ölkələri hələ də Rusiyanın orbitində saxlayan məqamlar bunlardır.

Bir çox hallarda Rusiyanın bəxti də gətirir, çünki belə məsəl var ki, xoşbəxtlik yox idi, bədbəxtlik kömək elədi. Bu günlər ərzində hamı bir sual üzərində baş sınıdırırdı: Bayden “genosid” sözünü deyəcəkmi? Bəs niyə biz bu məqamın üzərində dayandıq?

Məsələ bundadır ki, ABŞ-ın və digər NATO ölkələrinin səhvləri, bəzən də düşünülmüş xətaları Rusiyanın potensial dostlarının sayını artırır – bəli, məhz bu məqamlar bir çox hallarda ayrı-ayrı ölkələri və ya liderləri Rusiyanın orbitinə itələyir.

Çox güman ki, rusiyalı politoloqların proqnozları heç vaxt doğrulmayacaq və Türkiyə NATO-nu tərk edərək KTMT–ın üzvü olmayacaqdır, amma bir az əvvəldə dediyimiz tendensiyanın təsdiqini biz Türkiyənin misalında görürük. Düşünmək olardı ki, burada ikili standartlar olmamalıdır, çünki Ankara dəfələrlə Şimali Atlantika ideallarına sadiq olduğunu sübut edibdir.

Amma çox təəssüf! Nə qədər qəribə olsa da, demokratik Avropa ölkələri, o cümlədən də ABŞ son illərdə sanki Türkiyəni bəlli çərçivələrə salmaq istəyirlər ki, o, da məcbur olub digər müsəlman ölkələrinin siyasi və ictimai qaydalarını qəbul etsin, onlar kimi permanent böhran içində vurnuxsun, daim özünün mifik “üçüncü yol”unu axtarsın və tapmasın!

Bu baxımdan iyrənc “erməni genosidi” söhbəti məhz həmin siyasi spekulyasiyadır ki, Türkiyənin izolyasiyasına xidmət edir, onun inkişafını dayandırmağa və bir az bundan əvvəl qeyd etdiyimiz fatal ssenarilərə düçar olmasına yönəlibdir. Ona görə də əgər fərz etsək belə ki, guya Rusiyaya qarşı da eyni hal baş verir, bütün hallarda bir qeydi etmək zorundayıq: NATO ölkələri özlərinin doktrinalarında nahaq yerə Rusiyanı araqarışdıran ölkə kimi qeyd etmir, çünki bu ölkənin hesabında onlarla faciə var ki, onların heç bir yalançı “erməni genosidi”ndən geri qalmır. Burada Ukraynanın “qolodomor”unu, bütöv xalqların – Krım tatarlarının, çeçenlərin və b. sürgün olunmasını xatırlamaq olar.

Amma Moskva bunlardan hansısa nəticə hasil etdimi? Təəssüf! 21-ci əsrdə nəinki Krım, demək olar ki, bütün Şərqi Ukrayna, hətta Abxaziya, Cənubi Osetiya və post-sovet ölkələrinin digər hissələri ilhaq olundu.

Bəli, günah hissi elə bir qırmızı xətdir ki, bizi xaosdan və total özbaşnalıqdan ayırır. İnsan və bütöv xalqlar onun sayəsində mənəvi dəyərlərin hüdudlarında qala bilirlər. Amma bununla da razıyıq ki, bəzən hətta o, da qərəzli geosiyasi rənglər alır – bizim qardaş Türkiyəyə münasibətdə olduğu kimi. Ankaranı psevdo-cinayətdə ittiham edirlər, - bəli, o cinayətdə ki, o, sübut olunmayıbdı və heç kimin onu sübut etmək fikri də yoxdur, çünki sənədlər qaldırılsa, məlum olacaq ki, bu, ağ yalandan başqa bir şey deyil...




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net