Ana Sayfa > Cəmiyyət / Manşet > “Torpağımı zəbt edib” - İcra hakimiyyətindən şikayət
“Torpağımı zəbt edib” - İcra hakimiyyətindən şikayət18-11-2015, 11:12. Yazar: admin |
Suraxanı rayon İcra Hakimiyyəti vətəndaşdan hüquq-mühafizə orqanlarına şikayət edib. Vertikal.az-ın verdiyi xəbərə görə, icradan rayon prokurorluğuna göndərilən məlumatda qeyd olunub ki, Hövsan qəsəbəsində vətəndaş dövlət torpaqlarını ələ keçirib. Məktəb küçəsində yerləşən dövlət mülkiyyətində olan 0,04 ha torpaq sahəsi qəsəbə sakini 1977-ci il təvəllüdlü Bayram Həsənov tərəfindən zəbt olunub. B.Həsənov həmin ərazidə özbaşına tikinti işləri aparıb, ev tikib. İcra hakimiyyətinin şikayəti Suraxanı Rayon Polis İdarəsinə yönləndirilib, Faktla bağlı RPİ-də araşdırma aparılır. Geri dön |