Ana Sayfa > Cəmiyyət / Manşet > Mədət Quliyev MTN-dən 9 generalı təmizləyib - PROSES DAVAM EDİR
Mədət Quliyev MTN-dən 9 generalı təmizləyib - PROSES DAVAM EDİR26-10-2015, 13:32. Yazar: admin |
MTN-də Eldar Mahmudovun yaxın adamlarının vəzifədən kənarlaşdırılması prosesi davam edir. Dünən sabiq nazir Eldar Mahmudovla qohumluq əlaqəsi olan və MTN-də çox mühüm bir vəzifə tutan daha bir general – MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi general-mayor Ədalət Əsədullayev də vəzifəsindən uzaqlaşdırılaraq, sərəncama götürülüb. Beləliklə, artıq son bir həftə ərzində vəzifələrindən çıxarılan generalların sayı 9-a çatıb. İndiyədək vəzifələrindən uzaqlaşdırılan generalların siyahısı: 1. Milli Təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov; 2. MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev; 3. MTN-in Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova; 4. MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov; 5. Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov; 6. Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov; 7. Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev; 8. MTN-in Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev; 9. MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Əsədullayev… Strateq.az-ın məlumatına görə, yaxın günlərdə MTN-in daha bir neçə generalının da vəzifələrindən çıxarılaraq istintaqa cəlb ediləcəkləri, hətta bəzilərinin həbsə atılacaqları gözlənilir. Geri dön |