Ana Sayfa > Cəmiyyət / Manşet > Gülağa Tənhanın 15 milyonu batdı
Gülağa Tənhanın 15 milyonu batdı8-10-2015, 10:03. Yazar: admin |
71 saylı Masallı kənd seçi dairəsindən namizədliyini irəli sürmüş iş adamı, şair kimi özünü təqdim edən milyonçu Gülağa Tənha geri çəkilmək məcburiyyətində qalıb. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Rusiyada böyük biznes sahibi olan sözügedən şəxsin geri çəkilməsinə səbəb Bakıda ona gələn telefon zəngi olub. İddia edilir ki, həmin zəngin sahibi Gülağa Tənhayə namizədliyini geri götürməsini tələb edib. Əks təqdirdə, onun üçün heç də xoş olmayan vəziyyətin yarana biləcəyini bildirib. Bundan sonra isə o, geri addım atmalı olub. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Gülağa Tənhanın seçki oyununa qoşulması onun 15 milyon manat itirməsinə də gətirib çıxarıb. Belə ki, o, seçkidən əvvəl Masallı rayonunun Ərkivan qəsəbəsinin iqtisadi inkişafı adı ilə, əslində isə seçki kampaniyasında ciddi xal qazanmaq məqsədi ilə bir sıra istehsal müəssisələri yaratmağa başlayıbmış. Qeyd edilir ki, həmin addımlara əsasən milyonçi iş adamı bir broyler, bir kərpic zavodu, habelə bir mebel fabriki və daha bir neçə istehsal sahəsi üçün Ərkivana avadanlıqlar gətirdibmiş. Seçkidə namizədliyi qeydə alındıqdan sonra isə həmin fabriklərin tikintisinə başlayacaqmış. Lakin istəyi baş tutmayıb və həmin avadanlıqların alınması üçün xərclədiyi 15 milyon manat vəsait batıb. Xəbərlərdə iddia edilir ki, baş verənlərdən ciddi şəkildə narahat olan sözügedən şəxs, həm də həmin dairədən hakimiyyətin namizədi olan Elmira Axundovaya qarşı da qəzəbini gizlədə bilmir. Hətta belə iddialar da ver ki, Gülağa Tənha Elmira Axundovanın seçilməməsi üçün plan da qurub. Və o seçki günü baş verəcək saxtalaşdırmaların hamısını videogörüntüyə alaraq, ictimailəşdirməyi qərarlaşdırıb. Güman edilir ki, o, bununla seçkinin nəticələrinin ləğvinə nail olmaq istəyir. Və təkrar seçkilərə qatılaraq, deputat mandatı qazanmaq fikrindədir. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri dön |