Ana Sayfa > Cəmiyyət / Manşet > Mətbuat bu adamı heç sevmədi - Seçiciləri necə?

Mətbuat bu adamı heç sevmədi - Seçiciləri necə?


1-10-2015, 13:09. Yazar: admin
Mətbuat bu adamı heç sevmədi - Seçiciləri necə?
AFN.az-ın “Google qonağı” rubrikasında növbəti təftiş etdiyi şəxs Milli Məclisin deputatı, yenə namizədliyini vermiş olan Çingiz Əsədullayevdir. Qeyd edək ki, o, IV çağırış parlamentdə 90 saylı Ağdaş seçki dairəsini təmsil edib. Namizədliyini növbəti dəfə verən Ç.Əsədullayevin şansının nə qədər olub-olmadığı hələ bəlli deyil. Bu günə olan son məlumata görə, onun yenidən namizədliyini verdiyi 90 saylı Ağdaş seçki dairəsindən özü ilə bərabər üç nəfərin namizədliyi qeydə alınıb.

Beləliklə, google.az-a daxil olub “Çingiz Əsədullayev” yazıb axtarış veririk. İlk səhifənin ilk üç yazısı Ç.Əsədullayev haqda vikipediya məlumatlarından ibarətdir. Daha sonra bir neçə il əvvəl “Xural” qəzetində dərc edilmiş “Çingiz Əsədullayev ortada qalıb” başlıqlı yazı gəlir. Yazıda bildirilir ki, “Azəriqazbankın” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev Milli Məclisin spikeri Oqtay Əsədovla Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin arasında qalıb. Daha sonra xəbərin təfərrüatları qeyd edilib.

Rastımıza çıxan növbəti “Deputat, pul “silən” biznesmen, “AGBank”ın rəhbəri – Çingiz Əsədullayev haqqında bilmədikləriniz” sərlövhəli yazı bu ilin sentyabrında yenilik.az saytında dərc edilib.

Sistemin tapdığı yazıların içərisində 5 ildir parlamentdə oturan Ç.Əsədullayevin deputat kimi az-az çıxışlarından biri yap.org.az saytında dərc edilib: “Çingiz Əsədullayev: Dünyanın nüfuzlu maliyyə təşkilatları Azərbaycanın əldə etdiyi nəticələri yüksək qiymətləndirirlər” başlığı altında.

Dia.az saytı isə yazır ki, Ç.Əsədullayev bu il mandatsız qalacaq. Teref.info saytının rastımıza çıxan yazısının başlığı belədir: “Deputat Cingiz Əsədullayevin "AGBank"ında "çirkli pul" lar necə yuyulur - Beynəlxalq qalmaqal”. Yazıda deputata məxsus olduğu deyilən “AGBank”dakı hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar xidmətləri ilə bağlı şikayətlər özünə yer alıb.

“Çingiz Əsədullayev mandatını itirir - “Azərqazbank” isə iflas edə bilər” başlıqlı yazı isə editor.az-da dərc edilib. Yazıda bildirilir: ““Beynəlxalq Bank işi” Çingiz Əsədullayevi mandatsız qoyduğu kimi banksız da qoya bilər.

YAP-ın seçki siyahısında yerini qoruyub saxlaya bilməyən “Azərqazbank”-ın rəhbəri Çingiz Əsədullayevi ağır günlər gözləyir”. Daha sonra detallar əksini tapıb.

Yenicag.az-dakı “Oliqarx deputat yoxsa çirkli pullar yuyucusu: Çingiz Əsədullayev gizlinləri…” yazısı da sistemdə ilk səhifələrdə çıxanlardandır.

Trend-in axtarışda tapılan yazısının isə başlığı belədir: “Çingiz Əsədullayev: BMK və AİB “Azəriqazbank”ın səhmdarları olacaq”

Salamnews.org-dakı “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ probleminə laqeyd yanaşmamalıdır - Çingiz Əsədullayev” başlıqlı yazı da axtarışda rastımıza çıxan tək-tək deputat kimi açıqlamalarındandır.

Qafqaznews.az da Ç.Əsədullayevin mandatını itirəcəyindən yazıb.

Azinform.az-da isə “Daha bir deputatın biznesi ortaya çıxdı – FAKTLARLA ARAŞDIRMA” başlıqlı yazı diqqəti çəkir. Yazıda deputatın nəzarət etdiyi biznes sahələri və qanunun deputatların biznes fəaliyyətinə qoyduğu qadağalar haqda məlumat verilir.

“Çingiz Əsədullayevin adı seçkiöncəsi gündəmdə” başlıqlı yazı vertikal.az saytında dərc edilib.

Geri dön