Ana Sayfa > Cəmiyyət / Manşet > Sabirabadın Şıxəliyev problemi...
Sabirabadın Şıxəliyev problemi...29-09-2015, 11:36. Yazar: admin |
"Biz Sabirabadın Moranlı, Sərxanbəyli, Minbaşı və Qalaqayun kəndlərinin sakinləri olaraq bildiririk ki, bu ilki seçkidə ən layiqli namizədə səs verəcəyik... Lakin rayonun keçmiş başçısı olmuş Vaqif Şıxəliyev bu il YAP siyahısı ilə namizəd olmağa çalışdı. Hətta yaxın dostu, Daşkəsənin qalmaqallı icra başçısı, sizin qəzetdə barəsində Daşkəsənli şikayətçilərin Prezidentə müraciəti dərc olunan Əhəd Abiyevin köməkliyi ilə müstəqil namizəd kimi deputat olmağa çalışdı. Lakin sonradan ona verilən vədlər boşa çıxdı və indi onun adamları bizim kəndlərdə təbliğat aparırlar ki, Xalq Partiyasının sədri Pənah Hüseyn bu il yenidən Sabirabaddan namizədliyini irəli sürəcək. Sabirabad rayon 62-ci Seçki Dairəsindən. Hamı ona səs versin... MSK-nın sədri Məzahir Pənahovdan xahiş edirik bu təxribat araşdırılsın və tədbir görülsün. Biz cənab prezidentin iradəsinin ziddinə gedən adamların belə hərəkətini pisləyirik...”. Şikayətçilər elektron poçtumuza "Təzadlar"da dərc olunmuş yazıya da istinad edirlər... «Ulu Öndər Heydər Əliyevin etimadını doğrultmayan Vaqif Şıxəliyev sabirabadlıların səsini necə qazanıb özünü deputat kimi doğrulda bilər?» başlıqlı yazıda deyilirdi: "...Tezadlar.az xəbər verir ki, redaksiyaya elektron məktub göndərən Sabirabad sakinlərinin məktubunda maraqlı məqamlar yer alıb. Bu gün Sabirabaddan daha bir məktub daxil olub. Bir qrup Sabirabad rayon ziyalıları adından yazılmış və Mirsultan Qurbanov, A.Hüseynov və başqaları tərəfindən göndərilmiş məktubu təqdim edirik. Məktub Prezident İlham Əliyevə ünvanlıdır: -Çox hörmətli cənab Prezident! Bu il Milli Məclisə seçkilər keçiriləcək. Artıq MSK bu istiqamətdə hazırlıq işlərinə başlayıb. Lakin bizə belə bir məlumat çatıb ki, Sabirabadın keçmiş icra başçısı, iki keçmiş baş nazir-Surət Hüseynovun və Baş nazir Pənah Hüseynovun yaxın dostu Vaqif Şıxəliyev Sabirabaddan deputat seçilməsi üçün qanuni yollara deyil, qanunsuz üsullara əl atmaqdadır. Rayonda hamı bilir ki, Vaqif Şıxəliyev bunun üçün artıq yaxın dostu, Daşkəsəndə qalmaqalları ilə gündəmi hər zaman zəbt etmiş icra Başçısı Əhəd Abiyevin ona verdiyi vədi əsasında o, deputat seçilmək istəyir. Vaqif Şıxəliyevi Sabirabadda hamı yaxşı tanıyır, kimliyini bilir. Hamı bilir ki, ona məxsus, Sabirabad-Bakı magistral yolunun üstündəki «Şəfəq» istirahət zonasını hansı məqsədlərə həsr edib… Cənab Prezident! Məlum edirik ki, Ulu öndər Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilən Vaqif Şıxəliyev heç bir il bu vəzifədə duruş gətirmədi və Prezidentin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayon İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Ulu Öndərin etimadını doğrulda bilməyən bir şəxs indi Sabirabadlı seçicilərin etimadını doğruldub səsini necə qazana bilər???». Xatırladırıq ki, həqiqətən də Xalq Partiyasının sədri Pənah Hüseyn bu il yenidən Sabirabaddan namizədliyini irəli sürəcək. O, özü KİV-lərə açıqlamasında demişdir: “Sabirabad rayon 62-ci Seçki Dairəsindən namizədliyimi irəli sürəcəyəm”. Məsələ ilə bağlı adı çəkilən Vaqif Şıxəliyevin də mövqeyini dərc etməyə hazırıq. Geri dön |