Ana Sayfa > Cəmiyyət / Manşet > Rizvan Vahabov Rəsul Quliyevin ən yaxın adamlarından olub
Rizvan Vahabov Rəsul Quliyevin ən yaxın adamlarından olub11-08-2015, 13:14. Yazar: admin |
Uzun illərdir Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasında təmsil olunan, Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Vahabov və onun bir sıra əməlləri son zamanlar mətbuatın gündəmindən düşmək bilmir. Çünki o, əlində olan imkanlardan yararlanaraq, eləcə də bəzi şəxslərin yardımlarına baş vuraraq Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımovun mülkiyyət hüquqlarını kobud surətdə pozub, onlara aid olan qeyri-yaşayış sahələrini və mənzilləri özününküləşdirib. Qeyd edək ki, indiyədək bununla bağlı iş bir neçə məhkəmə instansiyasından keçib. Lakin hələ də adıçəkilən vətəndaşlar öz mülkiyyət hüquqlarını bərpa edə bilməyiblər. Halbuki 2011-ci ildə həmin 7 vətəndaş Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanındakı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar. Və bununla bağlı əllərində bütün müvafiq sənədlər mövcuddur. Lakin bir qədər sonra onlar Rizvan Vahabovun qanunsuz iddiaları ilə rastlaşıblar. Belə ki, bir müddət sonra onlar məhkəməyə dəvət edilib və mülklərinin mübahisəli olduğu bildirilib. Əldə etdiyimiz bilgilərə görə, məhz Rizvan Vahabovun istəyi və nəzarəti ilə qeyri-qanuni olaraq barəsində danışılan sahələrə həbs qoyaraq vətəndaşlar əmlaklarından məhrum ediliblər: "Lakin həmin əraziyə aidiyyəti olmayan başqa bir şəxsə fəaliyyət göstərməyə icazə veriblər. Məlum olub ki, onlara qarşı iddianı Qoloveşkina Anna adlı bir qadın qaldırıb və bütün bunların arxasında pullarının, eləcə də əmlaklarının sayı bilinməyən Rizvan Vahabov durur. Onun külli miqdarda pulu, obyektləri, çoxlu evləri var. Qeyd edim ki, bundan sonra Rizvan Vahabovun təsiri ilə müqavilələri araşdırmaq üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəriblər. Həmin 7 nəfər şəxsə məxsus əmlakların hamısının Dövlət Reyestr İdarəsindən çıxarışı var. Lakin qarşı tərəfə məxsus heç bir sənəd yoxdur". Rizvan Vahabovun eks-spiker Rəsul Quliyevlə sıcaq münasibətdə olduğunu, daim onun tapşırıqlarına əməl etdiyini, hətta uzun müddət Milli Məclisin sabiq sədrinin partiyasını və nəzarətində olan mətbuat orqanlarını maliyyələşdirdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, Anna Qoloveşkinanın adına olan müqavilələr, həmçinin kassa mədaxil orderləri saxtadır: "Bu qadın tərəfindən "VOLBAK" MMC-yə bir qəpik belə pul ödənilməyib. Onu da qeyd edim ki, həmin bu 80 yaşlı Anna Qoloveşkina Rizvan Vahabovun qayınanasıdır. Rizvan Vahabovla Rəsul Quliyevin münasibətlərinə gəlincə, onlar bir-birini çoxdan tanıyır və daim biri digərinə dəstək olub. Rizvan Vahabov hər zaman Rəsul Quliyevi dəstəkləyib və hər yerdə onunla yaxın münasibətləri olduğunu bəyan edib. Bundan başqa, o, 2005-ci ildə eks-spikerin gəlişi üçün pul verməsi ilə bağlı iddiaları indiyədək bir dəfə də olsun təkzib etməyib. Buradan da belə çıxır ki, Rizvan Vahabov həqiqətən də uzun müddət Rəsul Quliyevin yolunda külli miqdarda pul xərcləyib. Belə ki, o, eks-spikerin rəhbərlik etdiyi siyasi təşkilatı maliyyələşdirməklə yanaşı, Rəsul Quliyevin nəzarətində olan kütləvi informasiya vasitələrinə də maliyyə yardımı edib. İndi belə bir şəxsin qanun-qaydaya, Konstitusiyaya əhəmiyyət vermədən nə az, nə çox düz 7 nəfər ölkə vətəndaşının hüquqlarını ayaqlar altına almasına nə ad vermək olar?.. Görünür, o, himayəsinə arxalandığı hansısa yüksək çinli məmurun yardımları ilə məhkəmələrə, eləcə də digər müvafiq qurumlara təsir göstərərək şəxsi maraqlarını təmin etməyi bacarır. Ola bilsin, bu işdə ona Rəsul Quliyevin də hansısa mənada yardımı dəyib…" (Gündəlik Bakı qəzeti) Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S Görəsən bu annalar, katyalar, knariklər, haykanuşlar, Əmirxanlar, Vartanlar, Vazgenlər ölkəmizdə nə qədər at oynadacaqlar. Geri dön |