Ana Sayfa > Cəmiyyət / Manşet > Əli Kərimlinin və "Azadlıq" qəzetinin yeni hədəfi - mənəvi terror davam edir...
Əli Kərimlinin və "Azadlıq" qəzetinin yeni hədəfi - mənəvi terror davam edir...8-08-2015, 13:00. Yazar: admin |
İllərdir, yazırıq ki, AXCP sərdi Əli Kərimli və onun zombiləşmiş mobil dəstəsi Azərbaycan siyasətinin üfunət, şər istehsal edən məkanəna çevrilib. Özünün müxalifətçi mandatını bir kənara buraxaraq, yalnız müxalifətdaxili intriqalarla məşğul olan, bu düşərgəni parçalayan, bununla da indiki hakimiyyətin dəyirmanına su tökən Əli Kərimli, özünə biət etməyən hər kəsi hədəfə alır və mənəvi terrora məruz qoyur. Bunun üçün əlində oyuncağa çevirdiyi, keçmişdə böyük ənənələri olmuş "Azadlıq" qəzetindən və Facebook sosial şəbəkəsindən istifadə edir. İqtidarla, prezident Əliyevlə mübarizədən birdəfəlik vaz keçən Əli Kərimli təşkilatının bütün gücünü virtual məkana - Facebooka keçirib. İndi o, bu gücdən müxalifət düşərgəsində olan fəalları, ona biət etməyən liderləri, jurnalistləri, hüquq müdafiəçilərini, xüsusi ilə də "Yeni Müsavat" Media Qrupunun sahibi Rauf Arifoğlunu hədəfə götürərək, təhqir etdirmək, onları ictimai rəydə gözdən salmaq məqsədi ilə istifadə edir. Əli Kərimlinin yeni bir hədəfi də yaranıb. Tanınmış hüquqşünas, ictimai-siyasi xadim Aslan İsmayılov. Özünün müstəqil fəaliyyəti ilə böyük təqdir qazanan və bir sıra hallarda müxalifət partiyalarından daha çox fayda verən Aslan İsmayılov xeyli müddətdir ki, Əli Kərimlinin hədəfinə gəlib. Bunun səbəbini Aslan İsmayılov aşağıda oxuyacağınız Facebook statusunda dəqiq qeyd edib. Musavat.com Aslan İsmayılovun 8 avqust tarixində yayınladığı Facebook statusunu təqdim edir: **** "Təəssüf edirəm ki, bir qrup artıq 15-20 ildir ictimai həyatda bir balaca müstəqil olub aktivlik göstərənlərin onların maraqlarına uyğun hərəkət etməsini istəyirlər. Bu alınmadıqda isə, əvvəl "Azadlıq" qəzetində, indi isə əlavə olaraq sosial şəbəkələr vasitəsi ilə şərləməklə məşğul olurlar. Bu yolla bir çox müstəqil hərəkət edən aktiv fəalları ictimai həyatdan uzaqlaşdırıblar. Bu dəfə də hədəf mənəm. Mən istənilən hərəkəti öz adımla edirəm, mübarizənin kişiyana aparılmasının tərəfdarıyam və bu yoldan çəkinmək fikrində deyiləm. Ölkənin bu ağır məqamında bunu istəməzdim, çünki həmişə konkret işlə məşğul olmuşam, intriqabazlıq mənlik deyil. Ancaq edilənlər artıq ümumi bəla olduğundan, həm də uzun müddətdir ki, sosial şəbəkələrdə onların əlaltıları məni təhqir etdiyindən yəqin, cavab verməli olacam. Hələlik isə "Azadlıq" qəzetinin barəmdə verdiyi yazısını burada paylaşıram. İstərdim ki, onlar da mərdlik göstərib mənim də cavabımın "Azadlıq" qəzetində verilməsinə şərait yaratsınlar". **** Aslan İsmayılovun paylaşdığı linkdə isə "Azadlıq" qəzeti ənənəsinə uyğun olaraq, yazının yarısını da "Yeni Müsavat"a və onun baş redaktoruna qarşı şər və təhqirlərdən tərtib edib. Musavat.com Geri dön |